Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsinin üzv təşkilatının növbəti uğuru
02/03/2026, 17:37

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə 10-16 yaşlı məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı keçirilib.
Samid İmanov adına Neftçala şəhər 1 nömrəli tam orta məktəbin "Code-X" komandası yarışda iştirak edən 60 komanda içərisində "Rissing All Stars"
nominasiyası üzrə II yerə layiq görülüb.
Komanda heyətini, məktəb kollektivini təbrik edir, növbəti layihələrdə də uğurlar diləyirik!






