Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqi Neftçala rayon Komitəsinin üzv təşkilatlarında Beynəlxalq Ana dili gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
23/02/2026, 09:29

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqi Neftçala rayon Komitəsinin üzv təşkilatlarında Beynəlxalq Ana dili gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində dəyərli və yaddaqalan proqramlar təşkil olunub.
Tədbirlərdə şagirdlər maraqlı ədəbi-bədii kompozisiyalar, şeirlər və düşündürücü səhnəciklərlə çıxış edərək ana dilimizin zənginliyini və gözəlliyini nümayiş etdiriblər.
Çıxışlar zamanı dilimizin milli kimliyimizin əsas sütunu olduğu, onun qorunmasının və gələcək nəsillərə saf şəkildə ötürülməsinin hər birimizin mənəvi borcu olduğu xüsusi vurğulanıb.














