Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin üzv təşkilatlarında Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə silsilə tədbirlər keçirilib

14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin üzv təşkilatları olan bir neçə ümumtəhsil müəssisəsində silsilə tədbirlər təşkil olunub.
Belə ki, Neftçala rayon Astanlı, Xıllı 2 nömrəli, Qədimkənd kənd və Aşağı Surra tam orta məktəblərində keçirilən tədbirlərdə kitabın cəmiyyət həyatında rolu, mütaliənin insanın dünyagörüşünün formalaşmasında əhəmiyyəti və bilik mənbəyi kimi kitabın dəyəri geniş müzakirə olunub.
Tədbirlər zamanı şagirdlər və müəllimlər qarşılıqlı olaraq bir-birinə kitablar hədiyyə edib, oxuduqları əsərlər haqqında fikirlərini bölüşüblər.
Şagirdlər arasında kitab sevgisinin artırılması, onların mütaliəyə marağının gücləndirilməsi məqsədilə maarifləndirici söhbətlər aparılıb, kitab oxumağın şəxsi inkişaf, nitq mədəniyyəti və analitik düşüncə bacarıqlarına müsbət təsiri diqqətə çatdırılıb.
Sonda bildirilib ki, kitab bağışlama aksiyaları gələcəkdə də davam etdiriləcək, məktəblərdə mütaliə mədəniyyətinin inkişafı istiqamətində müxtəlif layihələr və maarifləndirici tədbirlər həyata keçiriləcək.







