“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsində 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

30/01/2026, 17:07
xeber1

Tədbirdə Komitənin üzv təşkilatlarında fəaliyyət göstərən gənc təhsil işçiləri iştirak ediblər. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova tədbir iştirakçılarını 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edərək, ETİHİ sədri Araz Paşayevin salamlarını çatdırmış,peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. O, çıxışında gənclərin cəmiyyətin inkişafında və təhsilin gələcəyinin formalaşmasında mühüm rol oynadıqlarını vurğulayaraq, ölkənin parlaq gələcəyinin məhz gənclərin bu gün göstərdikləri əzm, bilik və təşəbbüskarlıqdan asılı olduğunu diqqətə çatdırıb. Səmimi və mehriban mühitdə keçən tədbir çərçivəsində iştirakçılar çay süfrəsi ətrafında fikir mübadiləsi aparıblar. Daha sonra ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova gənc təhsil işçilərini fəal ictimai mövqelərinə və əmək fəaliyyətlərinə görə qiymətli hədiyyələr, gül dəstələri və Fəxri Fərmanlarla təltif edib. Tədbir gənclərin xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: