Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin aparat işçiləri, üzv təşkilatların ilk həmkarlar ittifaqı sədrləri ilə birgə Şəhidlər Xiyabanını ziyarət ediblər 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin aparat işçiləri və üzv təşkilatların ilk həmkarlar ittifaqı sədrləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin aparat işçiləri, üzv təşkilatların ilk həmkarlar ittifaqı sədrləri ilə birgə Şəhidlər Xiyabanını ziyarət ediblər
20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin aparat işçiləri və üzv təşkilatların ilk həmkarlar ittifaqı sədrləri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı 1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizə zamanı sovet ordusunun törətdiyi qanlı faciə nəticəsində həlak olmuş şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm böyük hüzn, həm də qəhrəmanlıq səhifəsi kimi yadda qalıb. Həmin gecə günahsız insanların qətlə yetirilməsi xalqımızın azadlıq iradəsini sarsıtmaq məqsədi daşısa da, əksinə, milli müstəqillik ideyasının daha da möhkəmlənməsinə səbəb olub. Bu faciə Azərbaycan Respublikasının müstəqilliyinə gedən yolda dönüş nöqtəsi kimi qiymətləndirilir.
Tədbir iştirakçıları şəhidlərin xatirəsinin daim uca tutulmasının, gənc nəsillərə 20 Yanvar həqiqətlərinin çatdırılmasının vacibliyini vurğulayıblar.













