“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə ilk təşkilat sədrləri və təqaüdçü müəllimlər üçün Nazlı Bulaq istirahət mərkəzinə gəzinti təşkil olunub.

23/02/2026, 16:31
xeber1

21–22 fevral tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə ilk təşkilat sədrləri və təqaüdçü müəllimlər üçün Nazlı Bulaq istirahət mərkəzinə gəzinti təşkil olunub.

Gəzintinin əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının yaxşılaşdırılması, istirahət və sağlamlığın qorunmasına dəstək göstərmək olub. Tədbir çərçivəsində iştirakçıların rahat və mənalı istirahəti üçün bütün zəruri şərait yaradılıb, proqram zəngin və maraqlı fəaliyyətlərlə müşayiət olunub.Gəzinti iştirakçıların böyük məmnuniyyəti ilə başa çatıb. Tədbirdə iştirak edən təqaüdçü müəllimlər və təşkilat sədrləri yaradılan yüksək səviyyəli şəraitə və diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına, eləcə də ETİHİ Nəsimi Rayon Komitəsinə dərin təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: