Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə şahmat yarışı keçirilib.

15.12.2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə şahmat yarışı keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin xidmətində olan 12 ümumtəhsil müəssisəsinin təhsil işçiləri arasında şahmat yarışı təşkil olunub. Şahmat yarışında birinci yerin qalibi Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin müəllimi Behniya Əli, ikinci yerin qalibi Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin müəllimi Əliyev Hüseyn, üçüncü yerin qalibi Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbin müəllimi Abdullayev Nahid, dördüncü yerin qalibi Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin müəllimi Nəcəf Aygün olub. Qaliblərə ETİHİ Nəsimi Rayon Komitəsi tərəfindən Diplom, medal və pul mükafatı təqdim olunub. Sonda çıxış edən ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin salam və təbriklərini iştirakçılara çatdırıb. Reyhan Ocaqova şahmat yarışında qalib olan təhsil işçilərini təbrik edərək,onların timsalında bütün təhsil işçilərinin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xoş arzularını ifadə edib.




















