Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsində Kollektiv Müqavilələr imzalandı
28/11/2025, 15:00

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsi ilk həmkarlar komitələrinin sədrləri ilə ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri arasında 2025–2027-ci illəri əhatə edən Kollektiv Müqavilələr imzalandı.
İmzalanmış Kollektiv Müqavilələr tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsinin, təhsil işçilərinin sosial-iqtisadi maraqlarının müdafiəsinin, habelə təhlükəsiz və sağlam əmək mühitinin sistemli şəkildə qurulmasına yönəlmiş qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir.









