Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yanvar ayı ərzində 700 nəfərdən çox ittifaq üzvü üçün ekskursiya və turlar təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yanvar ayı ərzində 700 nəfərdən çox ittifaq üzvü üçün ekskursiya və turlar təşkil olunub.
Belə ki, 533 nəfər təhsil işçisi rayon və şəhər komitələrinin təşkilatçılığı ilə #Quba, #Qusar, #Qəbələ, #Şamaxı və #Astara rayonlarına təşkil edilmiş bir neçə günlük turlardan yararlanaraq istirahət ediblər.
168 nəfər təhsil işçisi isə "İçərişəhər" Tarix-Memarlıq Qoruğuna və açıq səma altında yerləşən Qala Etnoqrafiya Muzeyinə ekskursiya ediblər.
Qeyd edək ki, bu cür maarifləndirici və istirahət xarakterli gəzintilər gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəkdir.



