Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə "Günəşli" Sağlamlıq Mərkəzinə 3 günlük istirahətə yollanan ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri maraqlı və xoş əhval- ruhiyyəli səfərdən geri dönüb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə "Günəşli" Sağlamlıq Mərkəzinə 3 günlük istirahətə yollanan ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri maraqlı və xoş əhval- ruhiyyəli səfərdən geri dönüb. Rəngarəng və mənalı təşkil olunan istirahət proqramı iştirakçıların ürəyincə olub. Onlar göstərilən diqqət və dəyərə görə layihənin təşkilatçılarına minnətdarlıqlarını bildirərək, tədris ilinin ortasında belə tədbirlərin özləri üçün mənəvi baxımdan çox vacib olduğunu dilə gətiriblər.











