Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Səbail Rayon Komitəsinin ittifaq üzvləri arasında stolüstü tennis yarışı keçirilib
03/04/2026, 17:07

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Səbail Rayon Komitəsinin ittifaq üzvləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş stolüstü tennis yarışı keçirilib.
Yarışın qalibləri:
I yer — 236 nömrəli tam orta məktəbin müəllimi Fərzəliyev Namiq Suliddin oğlu
II yer — 236 nömrəli tam orta məktəbin müəllimi Mədətov Ülvi Həsənxan oğlu
III yer — ETİHİ Səbail Rayon Komitəsinin mütəxəssisi Elçin Sərdarov Məmmədağa oğlu
ETİHİ ailəsi adından qalibləri təbrik edir, onlara növbəti yarışlarda uğurlar arzulayırıq.








