Xəbərlər
ETİHİ şəhər və rayon komitələri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər təşkil edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı şəhər və rayon komitələri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər təşkil edib.
Keçirilən tədbirlərdə təhsil işçiləri, həmkarlar ittifaqı fəalları və ailə üzvləri bir araya gəlib. Həmçinin, sosial həssas qruplardan olan şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri də iştirak edib.
Tədbirlərdə il ərzində fəaliyyəti ilə seçilib fərqlənən təhsil işçilərinə Fəxri Fərmanlar və diplomlar təqdim edilib. Bayram proqramları çərçivəsində uşaqlar üçün şənliklər təşkil olunub, hədiyyələr təqdim edilib, milli birlik və həmrəylik dəyərləri ön plana çəkilib.
Bu təqdimatlar əməyin dəyərləndirilməsini, ictimai həmrəyliyin gücləndirilməsini və təhsil işçiləri arasında ittifaq üzvlüyünə motivasiyanın artırılmasını əks etdirib.



























