“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin üzv təşkilatlarında yubiley yaşlarının tamam olması münasibətilə tədbirlər keçirilmişdir.

26/06/2026, 12:29
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin üzv təşkilatlarında yubiley yaşlarının tamam olması münasibətilə tədbirlər keçirilmişdir. 


Tədbirlərdə Rayon Komitəsinin məclis üzvləri , ilk həmkarlar təşkilat sədrləri, kollektiv üzvləri və valideynlər iştirak etmişlər. Keyvəndi kənd tam orta məktəbin ibtidai sinif müəllimi Şıxıyev Şəfaqətin 65, Sulut kənd tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Əhmədova Qətibənin 60, Vəng kənd tam orta məktəbin texniki işçisi Salehova Rəfiqənin 65, Qalınçaq kənd tam orta məktəbin mühasibi Salmanov Şəfaqətin 65 yubiley yaşları təntənəli şəkildə ilk təşkilatlarda qeyd olundu, yubılyarlar haqqında xoş sözlər söylənildi, xoş istirahət arzulandı. 


Yubiley yaşı tamam olan ittifaq üzvləri ETİHİ İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.

 Yubiley yaşı tamam olan ittifaq üzvlərini rayonun təhsil ictimaiyyəti adından bir daha təbrik edir, onlara möhkəm sağlamlıq və gələcək fəailiyyətlərində uğurlar, xoş istirahət arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: