Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsinin təşkilatçılığı ilə Zahir Yusifov adına Bayramlı kənd tam orta ümumtəhsil məktəbinin müəllim və əməkdaşları üçün Şəki,Oğuz rayonlarına və Mingəçevir şəhərinə ekskursiya təşkil edildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsinin təşkilatçılığı ilə Zahir Yusifov adına Bayramlı kənd tam orta ümumtəhsil məktəbinin müəllim və əməkdaşları üçün Şəki,Oğuz rayonlarına və Mingəçevir şəhərinə ekskursiya təşkil edildi.Tədbirin keçirilməsində məqsəd Həmkarlar İttifaqı üzvlərinin asudə vaxtlarının səmərəli təşkili,istirahətlərinin təmin olunması,kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi,ölkəmizin zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.İştirakçılar Şəki və Oğuz rayonlarının füsunkar təbiəti,tarixi abidələri və görməli məkanlarını ziyarət edərək yadda qalan anlar yaşayıblar.Belə bir şəraitə,göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına,ETİHİ Tovuz Rayon Komitəsinə təşəkkürlərini bildirirlər.







