Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsinin üzv təşkilatlarının ilk təşkilat sədrləri və məktəb direktorları ilə 2025–2027-ci illəri əhatə edən kollektiv müqavilələrin imzalanması

Bu günlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsinin üzv təşkilatlarının ilk təşkilat sədrləri və məktəb direktorları 2025–2027-ci illəri əhatə edən kollektiv müqavilələri Tovuz Rayon Komitəsinin sədri ilə birgə imzalayır.
Kollektiv Saziş və kollektiv müqavilələrdə 2025–2027-ci illər üçün müəyyən edilən öhdəliklərin icrası AHİK-in üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Tovuz Rayon Komitəsinin fəaliyyətində əsas prioritetlər sırasındadır.
Bu mərhələ əməkdaşların hüquqlarının müdafiəsinə, sosial təminatların möhkəmləndirilməsinə və əmək münasibətlərinin daha səmərəli mexanizmlərlə inkişafına yönələn ardıcıl addımların tərkib hissəsidir.







