“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsi və UGİŞM -in birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş şahmat yarışı keçirilib.

13/04/2026, 09:57
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsi və UGİŞM -in birgə təşkilatçılığı ilə Yevlax Rayon ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş şahmat yarışı keçirilib.

Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb.Sonra Ümummilli Lider və vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ETİHİ Yevlav Şəhər Komitəsinin sədri çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb və bildirib ki, şahmat yarışının keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisəkərində çalışan təhsil işçilərinin intellektual potensialın artırılması, sağlam həyat tərzinin təşviqi, asudə vaxtın səmərəli təşkili, həmçinin kollektivlər arasında əməkdaşlıq və ünsiyyətin möhkəmləndirilməsindən ibarətdir, sədr onu da qeyd edib ki, birinci yerin qalibi Sumqayıt şəhərində keçiriləcək final mərhələsində iştirak edəcək.

Yarışın nəticələri;


I yerin qalibi Balçılı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Cəfərov Səbuhi Əlirza oğlu

II yerin qalibi Abbas Səhhət adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Hacıyev Rövşən Sadiq oğlu

III yerin qalibi T.Səmədov adına Varvara kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Mahmudov Yusif Sədri oğlu

Qaliblər ETİHİ Yevlax Şəhər Komitəsi tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: