“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqından narkomaniyaya qarşı mübarizəyə dəstək

03/11/2025, 09:17
xeber1

1 noyabr 2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Nizami Rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” devizi altında keçirilmiş silsilə tədbirlərin yekunu olaraq, 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə səhnələşdirilmiş Siqarevin “Şeytan ailəsi” əsərinin motivləri əsasında hazırlanmış “Ağ ölüm” tamaşasına Bakı şəhəri üzrə üzv təşkilatların iştirakı ilə birgə baxış keçirilib.

Tədbiri açan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov tədbirin əhəmiyyətindən və narkomaniyaya qarşı mübarizədə cəmiyyətin rolundan danışıb. O, həmçinin qeyd etdi ki, bu sosial fəlakətin qarşısının alınması üçün müəllimlər məktəblərdə maarifləndirmə işini gücləndirməli, ailələr övladlarına sevgi və diqqəti artırmalı, media isə təbliğatı düzgün işıqlandırmalıdır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri Vüsal Əliyev belə tədbirlərin əhəmiyyətindən geniş bəhs etmişdir. Sonda Nizami Rayon Komitəsinə təşəkkürünü bildirərək “Ağ ölüm” tamaşasına baxmağa dəvət etdib.

Tamaşa bitdikdən sonra ETİHİ sədrinin müşavirləri Natiq Zamanov, Vüsal Əliyev və Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov səhnədə xalq artisti xanım Nübar Novruzova və digər aktyorlarla görüşmüş, sədr cənab Araz Paşayevin salamlarını çatdıraraq, hər bir aktyora Təşəkkürnamə və gül dəstəsi təqdim etmişlər.

Xalq artisti Nübar Novruzova çıxış edərək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına aktyorlara göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir.

Sonda xatirə şəkilləri çəkilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: