Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin dəstəyi ilə Yeni il tədbirləri davam edir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin dəstəyi ilə təhsil müəssisələrində Yeni il münasibətilə bayram tədbirlərinin təşkili davam etdirilir. Bu çərçivədə 220 nömrəli tam orta məktəbin pedaqoji kollektivi üçün Yeni il bayram tədbiri təşkil olunmuşdur.Tədbir “Sarf” restoranında 30 nəfərdən ibarət pedaqoji heyətin iştirakı ilə yüksək səviyyədə keçirilmiş, səmimi və xoş ovqatlı ab-havası ilə iştirakçılara Yeni ilin sevincini yaşatmışdır.
Bayram tədbiri çərçivəsində 3 saylı xüsusi məktəbin kollektivi üçün də Yeni il münasibətilə bayram hədiyyələri alınaraq təqdim edilmişdir.
Pedaqoji heyətə göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevə və Nizami Rayon Həmkarlar İttifaqı Komitəsinin sədri Sübut Əsədova kollektiv adından dərin təşəkkür ifadə olunmuşdur.
Qeyd edək ki, bu cür tədbirlərin təşkili təhsil işçilərinin sosial rifahının yüksəldilməsinə, kollektivlər arasında həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verir.













