“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinin dəstəyi ilə Göygöl rayon Cavanşir Nazarov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Oğuz–Şəki istiqamətində istirahət və ekskursiya turu təşkil olunub.

01/06/2026, 09:52
xeber1

Təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması məqsədilə həyata keçirilən səfər çərçivəsində iştirakçılar Oğuz rayonunun füsunkar təbiəti, Xalxal şəlaləsi, Şəki Yaylası və Şəkinin zəngin tarixi-mədəni irsini əks etdirən Şəki Xan Sarayı ilə yaxından tanış olublar.

Xüsusi geyimlərdə təşkil olunan ekskursiya iştirakçılarda xoş təəssüratlar yaradıb, səfərin daha yaddaqalan və rəngarəng keçməsinə töhfə verib. Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və daxili turizmin təşviqi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: