Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinin təşkilatçılığı və dəstəyi ilə Göygöl rayonu Yeni Qızılca kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Şəmkir–Gədəbəy–Daşkəsən istiqamətində möhtəşəm ekskursiyada iştirak edib.

Fərqli bölgələrin təbiəti, zəngin mənzərələri və səmimi kollektiv ab-havası bu səfəri unudulmaz xatirələrə çevirib. Yolboyu paylaşılmış xoş anlar, maraqlı söhbətlər və birlikdə yaşanan sevinc hissi həmkarlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirib.
Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin olunması və pozitiv enerjinin paylaşılması ETİHİ Göygöl Rayon Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Çünki birlikdə qazanılan gözəl xatirələr kollektiv ruhunu gücləndirən ən dəyərli sərmayədir.







