Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinin təşkilatçılığı və dəstəyi ilə Göygöl şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi Şuşa–Xankəndi istiqamətində mənəvi dəyəri yüksək olan ekskursiyada iştirak edib.
07/07/2026, 12:33

Səfər iştirakçıları Azərbaycanın tarixi, mədəni irsi və yenidən dirçələn Qarabağ bölgəsi ilə yaxından tanış olaraq unudulmaz təəssüratlar qazanıblar. Bu ekskursiya həm vətənə bağlılıq hissinin daha da güclənməsinə, həm də həmkarlar arasında birlik, həmrəylik və qarşılıqlı ünsiyyətin möhkəmlənməsinə töhfə verib.
Keçmişin izlərini, bu günün qürurunu və sabaha olan inamı özündə birləşdirən bu səfər iştirakçıların yaddaşında dəyərli xatirə kimi qalacaq.







