“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon Komitəsi şəhid ailəsinin "Könüllü qonağ"ı oldu

05/03/2026, 17:07
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon Komitəsi “Könüllü qonaq” layihəsi çərçivəsində ittifaq üzvləri ilə birlikdə şəhid ailəsini ziyarət edib.

Şəhid anasının vəfatı münasibətilə ailəsinə dərin hüznlə başsağlığı verərək ona Allahdan rəhmət diləyiblər.

Qeyd edək ki, Dilşad ananın dörd qızı həmkarlar ittifaqının üzvləridir.

Bu ağır gündə onların yanında olduğumuzu bildirərək səbr və dözüm arzulayırıq.

Sosial şəbəkələrdə paylaş: