Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon Komitəsinin üzv təşkilatlarında 26 fevral – Xocalı soyqırımının ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib
02/03/2026, 17:41

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon Komitəsinin üzv təşkilatlarında 26 fevral – Xocalı soyqırımının ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.
Tədbirlərdə əvvəlcə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub, səhnəciklər nümayiş etdirilib. Şagirdlər tərəfindən hazırlanmış divar qəzetləri və guşələrdə Xocalı həqiqətlərini əks etdirən materiallar sərgilənib.









