“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sosial layihələri çərçivəsində Beyi kənd tam orta məktəbinin kollektivi Göygöl rayonuna ekskursiya səfəri edib.

20/07/2026, 09:57
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sosial layihələri çərçivəsində Beyi kənd tam orta məktəbinin kollektivi Göygöl rayonuna ekskursiya səfəri edib. Səfər təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, sağlam istirahətinin təmin olunması və kollektiv üzvləri arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi məqsədi daşıyıb.


Ekskursiya zamanı iştirakçılar Göygöl rayonunun füsunkar təbiətini, gözoxşayan mənzərələrini və istirahət məkanlarını ziyarət edərək xoş və yaddaqalan vaxt keçiriblər. Təmiz dağ havası və gözəl təbiət kollektiv üzvlərində yüksək əhval-ruhiyyə yaradıb.


Səfərin sonunda iştirakçılar bu cür ekskursiyaların təşkilinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə səmimi minnətdarlıqlarını bildiriblər

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: