Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sosial layihələri çərçivəsində Muğanlı məktəbinin kollektivi Lerik rayonuna birgünlük ekskursiya təşkil edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sosial layihələri çərçivəsində Muğanlı məktəbinin kollektivi Lerik rayonuna birgünlük ekskursiya təşkil edib. Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, sağlam istirahətinin təmin olunması, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi və bölgənin zəngin təbiəti ilə yaxından tanışlıq olub.
Ekskursiya zamanı iştirakçılar Lerik rayonunun füsunkar təbiətini, görməli məkanlarını ziyarət edib, xoş və yaddaqalan istirahət keçiriblər. Səfər kollektiv üzvlərində yüksək əhval-ruhiyyə yaradıb və onlarda xoş təəssüratlar formalaşdırıb. Lerik rayonu təbii gözəllikləri, dağ mənzərələri və turizm imkanları ilə seçilən bölgələrdən biridir.
Sonda kollektiv üzvləri bu cür sosial layihələrin həyata keçirilməsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini bildiriblər




