“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 23 iyul 2026-cı il tarixində Mürtülü kənd tam orta məktəbinin kollektivi Qax- Zaqatala rayonunlarına ekskursiya və istirahət səfərinə yollanıb.

24/07/2026, 10:12
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 23 iyul 2026-cı il tarixində Mürtülü kənd tam orta məktəbinin kollektivi Qax- Zaqatala rayonunlarına ekskursiya və istirahət səfərinə yollanıb.


Səfər təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, sağlam istirahətlərinin təmin edilməsi və kollektiv üzvləri arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunub.


Ekskursiya zamanı iştirakçılar Zaqatalanın zəngin təbiəti, füsunkar mənzərələri və görməli məkanları ilə tanış olub, xoş və unudulmaz anlar yaşayıblar.


Səfərin yüksək səviyyədə təşkilinə və təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinə dərin minnətdarlığımızı bildiririk

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: