Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə Sor sor məktəbinin kollektivi Şəki yaylasına istirahət və ekskursiya səfəri edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə Sor-sor məktəbinin kollektivi Şəki yaylasına istirahət və ekskursiya səfəri edib. Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və kollektiv üzvləri arasında mehriban münasibətlərin daha da möhkəmləndirilməsi olub.
İştirakçılar Şəki yaylasının saf havasından, gözəl təbiətindən və ecazkar mənzərələrindən zövq alaraq xoş istirahət ediblər. Səfər zamanı xatirə şəkilləri çəkilib, maraqlı söhbətlər aparılıb və kollektiv üzvləri birlikdə yaddaqalan anlar yaşayıblar.
Səfərin sonunda iştirakçılar bu cür sosial layihələrin davamlı təşkilinə görə Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlıqlarını ifadə ediblər





