“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Xəzər Rayon Komitəsində yeni sədr seçildi.

17/04/2026, 18:53
xeber1

237 nömrəli tam orta məktəbdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin növbəti iclası keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

İclas zamanı çıxış edən Həzərxan Əbilov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinə yeni sədrin seçilməsinin zəruriliyini vurğulamışdır.

Keçirilmiş səsvermənin nəticələrinə əsasən Cəlil Nicat Cəlil oğlu Azərbaycan Respublikası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin yeni sədri seçilmişdir.

İclasda Azərbaycan Respublikası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Turanə Kərimova iştirak etmişdir.

İclas qarşılıqlı fikir mübadiləsi və təşkilati məsələlərin müzakirəsi ilə davam etmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: