Xəbərlər
Elm və Təhsil İşçilərin Həmkarlar İttifaqının Səbail Rayon Komitəsi üzv təşkilatlar üçün təlimlərinə start verib

Bugün Elm və Təhsil İşçilərin Həmkarlar İttifaqının Səbail Rayon Komitəsinin mütəxəssisi, sertifikatlaşdırılmış təlimçi-məsləhətçi Elçin Sərdarov üzv təşkilatı olan 136 Nli körpələr evi uşaq-bağçasının həmkarlarına "Vaxtın idarə edilməsinə giriş" mövzusunda təlim keçirib.
Təlim iştirakçıları "Vaxtı niyə idarə etməliyik", "Vaxtın idarə edilməsinin psixologiyası", "Dəyərlərimizin müəyyənləşdirməsi", "Yazılı planların hazırlanması və icrası" və digər alt mövzularında nəzəri və praktiki bilik və bacarıqlar aldə edib, öz vaxtlarının daha səmərəli istifadəsinə aid təkliflər hazırlayıb, həmkarların komanda ruhunun və emosional yüksədilməsi ilə bağlı intellektual qrup oyununda fəal iştirak ediblər.
Təlimin sonunda 136 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Nailə Məmmədova və təlim iştirakçıları təlimlərin təşkilinə görə ETİHİ Səbail Rayon Komitəsinə öz təşəkkürlərini bildirdilər.











