Xəbərlər
Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının sədri Araz Paşayev Mərkəzi Aran regionunda fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin ilk həmkarlar ittifaqı sədrləri ilə görüş keçirdi.

Bu il Noyabr ayının 19-u Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının sədri Araz Paşayev Mərkəzi Aran regionunda fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin ilk həmkarlar ittifaqı sədrləri ilə görüş keçirdi. Görüş Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutdu. #Yevlax, #Mingəçevir, #Ağdaş, #Göyçay, #Kürdəmir, #Ucar və #Zərdab rayon komitələrindən olan nümayəndələrlə, həmçinin 520 ilk təşkilat sədri ilə əsas fəaliyyət istiqamətləri müzakirə edildi.
Sosial müdafiə, əmək münasibətləri və üzv təşkilatlarla birbaşa dialoqun gücləndirilməsi görüşün prioritet mövzuları oldu.
Bu toplantı Mərkəzi Aran regionunda təşkilati birliyin və həmkarlar hərəkatının inkişafına mühüm töhfə verir.












