“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ELM VƏ TƏHSİL SAHƏSİNDƏ FƏDAKAR XİDMƏTLƏRƏ YÜKSƏK DƏYƏR

23/10/2026, 15:09
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən elmi-pedaqoji həyatında müstəsna xidmətləri ilə seçilən görkəmli alim, Əməkdar müəllim, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Cəfər Əsəd oğlu Cəfərovla görüş keçirilmişdir.

Professorun  çoxillik səmərəli elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. Cəfər Cəfərovun ali təhsilin inkişafı, pedaqoji kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, elmi potensialın gücləndirilməsi və universitetimizin nüfuzunun artırılması istiqamətində uzun illər ərzində göstərdiyi əvəzsiz xidmətlər xüsusi ehtiram və dərin minnətdarlıq doğurur. Onun zəngin elmi təcrübəsi, yüksək peşəkarlığı, milli təhsilimizin tərəqqisinə verdiyi töhfələr və gənc nəslin yetişdirilməsindəki mühüm rolu universitet ictimaiyyəti üçün örnəkdir.

Professorun çoxillik fədakar əməyinə, elmi-pedaqoji fəaliyyətinə və universitetimizin inkişafına verdiyi dəyərli töhfələrə ehtiram əlaməti olaraq, təqdimetmə mərasimində Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri də iştirak etmişlər və Cəfər Cəfərova Təşəkkürnamə təqdim edilmişdir.  Bu təltif alimin zəngin fəaliyyət yoluna verilən yüksək dəyərin, onun elmə, təhsilə və universitetimizin inkişafına xidmətlərinin təqdirinin ifadəsidir.

 Elmə, təhsilə və milli-mənəvi dəyərlərimizin yaşadılmasına həsr olunmuş mənalı ömür yolu, zəngin ziyalı irsi və çoxillik səmərəli fəaliyyəti hər zaman tərəfimizdən yüksək ehtiram və dərin minnətdarlıqla dəyərləndirilir. 

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: