“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elmə səyahət: Şagirdlər Şamaxı Rəsədxanasında

08/04/2026, 12:18
xeber1

“Fizika” fənn aylığı çərçivəsində İncə kəndi R. Babayev adına tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdlərindən ibarət bir qrup üçün N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası-na ekskursiya təşkil olunmuşdur.


Ekskursiyanın əsas məqsədi şagirdlərin fizika və astronomiya sahəsinə olan marağının artırılması, onların nəzəri biliklərinin praktik müşahidələrlə möhkəmləndirilməsi olmuşdur. Rəsədxanada iştirakçılara müasir teleskoplar, müşahidə avadanlıqları və elmi tədqiqat prosesi haqqında ətraflı məlumat verilmişdir.


Şagirdlər səma cisimlərinin müşahidəsi, ulduzlar və qalaktikalar haqqında maraqlı faktlarla tanış olmuş, həmçinin astronomiyanın gündəlik həyatla əlaqəsi barədə maarifləndirici izahatlar dinləmişlər.


Ekskursiya iştirakçılar üçün həm öyrədici, həm də yadda qalan təcrübə olmuş, onların elmə olan marağının daha da artmasına müsbət təsir göstərmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: