“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elmi-pedaqoji fəaliyyətə və fədakar əməyə verilən yüksək dəyər

04/11/2026, 11:37
xeber1

Bu gün universitetimizin Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının dosenti, kimya elmləri namizədi Asəf Cəlal oğlu Quliyev 85 illik yubileyi münasibətilə təltif olunub.

    Uzun illər ərzində Azərbaycan təhsilinin və elminin inkişafına dəyərli töhfələr vermiş, həyatının böyük bir hissəsini ali təhsil müəssisəsində elmi-pedaqoji fəaliyyətə həsr etmiş Asəf Quliyev zəngin pedaqoji təcrübəsi, yüksək peşəkarlığı və səmərəli əməyi ilə universitet kollektivinin dərin hörmətini qazanmışdır.

    Onun gənc nəslin maarifləndirilməsi və yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi sahəsindəki xidmətləri, universitetin inkişafı naminə göstərdiyi fədakarlıq hər zaman yüksək qiymətləndirilir.

    Alimin yubileyi münasibətilə universitet rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri tərəfindən ona Fəxri fərman və pul mükafatı təqdim edilib.

    Bu diqqət və ehtiram uzunillik zəhmətə, elmi-pedaqoji fəaliyyətə və universitetə sədaqətli xidmətə verilən yüksək dəyərin ifadəsidir.

     Hörmətli Asəf müəllimi yubileyi  münasibətilə təbrik edir, ona yeni uğurlar və elmi-pedaqoji fəaliyyətində nailiyyətlər arzulayırıq! 

Gallery Image

Sosial şəbəkələrdə paylaş: