Xəbərlər
Elmi şuranın növbəti iclası keçirildi
09/10/2026, 12:37

9 oktyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin rektor Anar Eminovun sədrliyi ilə keçirilən Elmi Şurasının növbəti iclasında həmkarlar ittifaqı nümayəndəsi olaraq iştirak etdik. İclasda 2027/2028-ci tədris ili üzrə tələbə qəbulu proqnozu, tədris resurslarının hazırlanması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, tədrisin keyfiyyətinin monitorinqi, beynəlxalq əməkdaşlıq və universitetin institusional inkişafı ilə bağlı məsələlər müzakirə olundu.



