Xəbərlər
Elmi Təşkilatların BHİK ilk təşkilatı – Fizika İnstitutunda 8 Mart münasibətilə tədbir keçirilib

Elmi Təşkilatların BHİK ilk təşkilatı olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Həmkarlar Təşkilatının təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.
Bayram münasibətilə institutun xanım əməkdaşlarına hədiyyə kartları təqdim edilib. Tədbir çərçivəsində Elmi Təşkilatların BHİK ilk təşkilatının sədri Sitarə Bağırova institutun əməkdaşlarını iş otaqlarında ziyarət edərək onları səmimi şəkildə təbrik edib.
S.Bağırova xanım əməkdaşlara cansağlığı, uzun ömür, ailələri və əzizləri ilə birlikdə xoş və firavan günlər arzulayıb. O, həmçinin qadınların elmi fəaliyyətlərdəki rolunu xüsusi qeyd edərək onların institutun inkişafına və ümumilikdə ölkə elminə verdikləri töhfələrin yüksək qiymətləndirildiyini bildirib.
Sədr institutun qadın əməkdaşlarına şəxsi həyatlarında və elmi fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulayıb.





