“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin İlk Həmkarlar Təşkilatları tərəfindən 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə silsilə tədbirlər keçirilib.

07/10/2026, 10:18
xeber1

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (AR ETN) elmi müəssisələrində Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) İlk Həmkarlar Təşkilatlarının təşkilatçılığı ilə 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə silsilə maarifləndirici və təntənəli tədbirlər təşkil olunub.

Tədbirlər çərçivəsində AR ETN Aqrar Problemlər İnstitutu, Bioresurslar İnstitutu (Gəncə), Ekologiya və Təbii Ehtiyatlar İnstitutu və Mərkəzi Nəbatat Bağının Həmkarlar Təşkilatlarının birgə təşkilatçılığı ilə genişmüqyaslı maarifləndirici tədbir reallaşdırılıb. Bununla yanaşı, Fizika İnstitutu PHŞ, Riyaziyyat İnstitutu, İqtisadiyyat İnstitutu və Təbiət Tarixi Muzeyində də mövzuya həsr olunmuş görüşlər keçirilib.

Keçirilən tədbirlərin əsas məqsədi əmək hüquqları və vəzifələri, layiqli, sağlam və təhlükəsiz əmək şəraitinin formalaşdırılması, işçilərin hüquqlarının müdafiəsi, sosial dialoq və tərəfdaşlığın gücləndirilməsi istiqamətində əməkdaşların maarifləndirilməsi olub.

  • Aqrar Problemlər, Bioresurslar (Gəncə), Ekologiya və Təbii Ehtiyatlar İnstitutları və Nəbatat Bağının İlk Həmkarlar Təşkilatlarının birgə tədbirində institutların rəhbərliyi, elmi işçiləri, həmkarlar təşkilatlarının nümayəndələri və digər əməkdaşlar iştirak ediblər. Çıxışlarda layiqli əməyin insan həyatında və cəmiyyətin inkişafındakı rolu, əməkdaşların hüquq və mənafelərinin qorunması, kollektivdə qarşılıqlı əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi üzrə təklif və təşəbbüslər səsləndirilib.
  • Fizika İnstitutu PHŞ-də baş tutan tədbiri AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva açaraq ölkəmizdə həmkarlar ittifaqları sistemində görülən işlərdən bəhs edib. İnstitutun Həmkarlar Komitəsinin sədri, f.ü.f.d. Sitarə Bağırova bu günün 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsis edildiyini vurğulayıb. Yaradılmış işçi qrupunun hazırladığı təkliflər f.ü.f.d. Suma Hüseynova və Zeynəb İsmayılova tərəfindən diqqətə çatdırılıb.
  • Riyaziyyat İnstitutunda elmi katib, r.ü.f.d. Sevinc Quliyeva, Həmkarlar Təşkilatının sədri, t.e.f.d. İradə Mirzəzadə, əməyin mühafizəsi üzrə mühəndis Firəngiz Həsənova, hüquq məsləhətçisi Vəfa Usubova və İnsan resursları və hüquq sektorunun müdiri Gülnar Quliyeva çıxış ediblər. Tədbirdə 2024–2028-ci illər üçün Layiqli Əmək üzrə yeni Ölkə Proqramı layihəsindən söz açılıb, sonunda isə institutun 5 əməkdaşına “Əmək veteranı” vəsiqələri təqdim olunub.
  • İqtisadiyyat İnstitutunda icraçı direktor və aidiyyəti struktur rəhbərlərinin iştirakı ilə əməkdaşların sualları cavablandırılıb və məhsuldar fikir mübadiləsi aparılıb.
  • Təbiət Tarixi Muzeyində reallaşan maarifləndirici görüşdə elmi işçilər, fond, ekspozisiya, bərpaçı, inzibati və texniki heyətin xüsusi əmək şəraiti, təbiət irsinin qorunmasında onların rolu və peşəkarlıq məsələləri geniş müzakirə olunub.

Silsilə tədbirlərin sonunda vurğulanıb ki, elm və təhsil müəssisələrində layiqli əmək mühitinin təmin olunması, tədqiqatçıların və texniki heyətin əməyinin düzgün qiymətləndirilməsi elmi fəaliyyətin səmərəliliyinə və ölkəmizin davamlı inkişafına mühüm töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: