Xəbərlər
Elşən Zəkəriyyəbəylinin 65 illik yubileyi qeyd olunub

Dahi şair Bəxtiyar Vahabzadənin ev-muzeyinin müdiri Elşən Zəkəriyyəbəylinin 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov, Şəki rayon Mədəniyyət sektorunun müdiri Ülkər Mahmudova, təqaüddə olan təhsil işçisi Elxan Abdullayev, Şəki-Zaqatala regionundan olan şair və yazıçılar, ictimaiyyət nümayəndələri, təhsil, mədəniyyət və turizm işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Ziyafət Xasiyeva Elşən Zəkəriyyəbəylini 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və mədəni irsimizin qorunması və təbliği sahəsində gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Daha sonra yubilyara qiymətli hədiyyə və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Şəki Şəhər Komitəsinin təbriknaməsini təqdim edib.
Tədbirdə çıxış edənlər Elşən Zəkəriyyəbəylinin uzun illər ərzində mədəniyyətin inkişafı, Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsinin təbliği istiqamətində göstərdiyi xidmətlərdən bəhs edərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər.











