“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Əlvida, bağça!” adlı möhtəşəm tədbiri keçirildi

25/08/2026, 14:16
xeber1

Ağstafa rayonu Dağkəsəmən kənd 1 nömrəli körpələr evi-uşaq bağçasında balacaların “Əlvida, bağça!” adlı möhtəşəm tədbiri keçirildi.

Tədbir zamanı körpələrin hazırladıqları müxtəlif oyunlar, rəngarəng səhnəciklər və maraqlı çıxışlar iştirakçılara xoş ovqat bəxş etdi. Balacaların hazırlığı, istedadı və səhnə mədəniyyəti tədbirə xüsusi rəng qatıb.

Tədbirə dəvət etdiklərinə və həmkarlar təşkilatına göstərdikləri diqqət və önəmə görə ETİHİ Ağstafa Rayon Komitəsi olaraq bağça rəhbərliyinə və kollektivinə dərin təşəkkürümüzü bildiririk.

Qarşıdan gələn 2026–2027-ci tədris ilində birinci sinfə qədəm qoyacaq bütün körpələrimizə möhkəm can sağlığı, zihin açıqlığı, yüksək nailiyyətlər və uğurlar arzulayırıq.

Arzumuz budur ki, hər biri əsl azərbaycanlı, vətənini və dövlətini sevən layiqli vətəndaş kimi böyüsün, öz bilik və bacarıqları ilə xalqımıza və dövlətimizə fayda versin.

Yolları daim açıq, gələcəkləri parlaq olsun!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: