“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Əlvida Bağça adlı tədbirdə iştirak etdik

24/06/2026, 09:29
xeber1

Əlvida Bağça uşaqların həyatında unudulmaz və əlamətdar günlərdən biridir. Bu münasibətlə Ağstafa şəhər 2 nömrəli körpələr evi–uşaq bağçasında keçirilən “Əlvida Bağça ” tədbirində iştirak etdik. Tədbirdə balaca fidanlarımızın nümayiş etdirdikləri çıxışlar, söylədikləri şeirlər, vətənpərvərlik ruhunda səsləndirdikləri mahnılar və nümayiş etdirdikləri bacarıqlar hər bir iştirakçıda xoş təəssüratlar yaratdı.

Müəllimlərimizin böyük zəhməti, səbr və peşəkarlığı nəticəsində vətənini sevən, milli-mənəvi dəyərlərimizə bağlı, savadlı və intellektual gənc nəslin formalaşdığını görmək qürurvericidir. Gələcəyimiz olan uşaqların düzgün tərbiyə olunması, onların sağlam düşüncəli, sağlam əqidəli və vətənpərvər ruhda yetişdirilməsi müəllimlərimizin üzərinə düşən ən məsuliyyətli və şərəfli vəzifələrdən biridir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi olaraq bu gözəl tədbirdə iştirak etməkdən məmnunluq duyduq. Əminik ki, bu gün əlifbanı öyrənən balaca fidanlar sabah ölkəmizin layiqli vətəndaşları, dövlətimizin inkişafına töhfə verən gənclər olacaqlar.

Bu münasibətlə bağçanın bütün pedaqoji kollektivinə, tədbirin hazırlanmasında əməyi olan müəllimlərə və valideynlərə təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Həmçinin bizi bu gözəl tədbirə dəvət etdiyinə görə bağçanın rəhbərliyinə və kollektivinə dərin minnətdarlığımızı bildiririk.

Balaca fidanlarımıza isə elm yolunda uğurlar, parlaq gələcək və xoşbəxt həyat arzulayırıq. Qoy onların hər biri sağlam ruhlu, yüksək mənəviyyatlı, vətəninə və xalqına layiqli övladlar kimi yetişsinlə

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: