“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elza Cavadovanın 60 İllik yubileyi qeyd olunub

29/10/2026, 11:13
xeber1

Göyçay şəhəri Nizami Gəncəvi adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Cavadova Elza Alının 60 illik yubileyi münasibətilə təbriklər səsləndirilib.


Uzun illər təhsil sahəsində fəaliyyət göstərən Elza Cavadovanın yubileyi münasibətilə onun pedaqoji fəaliyyəti, təlim-tərbiyə işinin təşkilində rolu və təhsil müəssisəsinin inkişafına verdiyi töhfələrə diqqət yetirilib.


Yubiley münasibətilə keçirilən tədbirdə çıxış edənlər Elza Cavadovanı 60 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Tədbir çərçivəsində Elza Cavadovaya ETİHİ Göyçay RK tərəfindən təşəkkürnamə təqdim olunub.


Səmimi təbriklərə və göstərilən diqqətə görə minnətdarlıq ifadə olunub, yubilyara bundan sonrakı həyatında xoş günlər və yeni nailiyyətlər arzulanıb.

Sosial şəbəkələrdə paylaş: