Xəbərlər
Əmək fəaliyyətinə verilən dəyərin təntənəsi

Göyçay şəhəri 9 nömrəli körpələr evi–uşaq bağçasının dəyərli tərbiyəçisi İsmayılova İradə Ağakərim qızının 65 illik yubileyi münasibətilə səmimi və unudulmaz görüş keçirilmişdir.
Bu münasibətlə Elmi və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin nümayəndələri əməkdaşın ünvanına gedərək onu şəxsən təbrik etmiş, uzun illər ərzində göstərdiyi fədakar pedaqoji fəaliyyətə görə dərin minnətdarlıqlarını bildirmişlər.
Görüş zamanı yubilyara gül buketi təqdim olunmuş, onun əməyini qiymətləndirən mükafat və dəyərli hədiyyələr verilib. Bu diqqət və qayğı müəllimənin illərlə çəkdiyi zəhmətin yüksək dəyər gördüyünün göstəricisi olmuşdur.
Kollektiv üzvləri də tədbirdə iştirak edərək İradə müəlliməni səmimi sözlərlə təbrik etmiş, onunla bağlı xoş arzularını ifadə etmişlər. Yubilyar isə göstərilən bu diqqət və qayğıya görə dərin təşəkkürünü bildirərək, bu günün onun üçün çox dəyərli və unudulmaz olduğunu qeyd etmişdir.
Belə gözəl insanlar və onların fədakar əməyi hər zaman hörmət və ehtiramla xatırlanır.
Yubileyiniz mübarək, dəyərli İradə müəllimə!






