Xəbərlər
Əmək fəaliyyətinin son mərhələsinə çatan müəllimlər mükafatlandırıldı.
Bərdə rayonu Neymət Malıyev adına Qaradırnaq kənd tam orta ümumtəhsil məktəbinin uzunillik pedaqoji fəaliyyət göstərən müəllimləri Süleymanova İradə Yolçu qızı və Bayramova Kifayət Bayram qızı əmək fəaliyyətlərinin son həddinə çatmaları münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən təltif ediliblər.
Bu münasibətlə hər iki müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə dəvət olunub. Tədbirdə onların təhsil sahəsindəki səmərəli fəaliyyəti, gənc nəslin yetişdirilməsində göstərdikləri xidmətlər yüksək qiymətləndirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Süleymanova İradə Yolçu qızına və Bayramova Kifayət Bayram qızına fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.



