Xəbərlər
“Əmək Məcəlləsində olan dəyişikliklər” mövzusunda təlim keçirilib.
25/02/2026, 11:44

📝 23-24 fevral tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Əmək Məcəlləsində olan dəyişikliklər” mövzusunda təlim keçirilib.
Təlim çərçivəsində iştirakçılara əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib, yeniliklərin tətbiqi mexanizmləri izah olunub və praktik məsələlər ətrafında geniş müzakirələr aparılıb.
İki gün davam edən təlimdə ümumilikdə 45 nəfər olmaqla ETİHİ Respublika Komitəsinin əməkdaşları və üzv təşkilatların sədrləri iştirak ediblər.







