“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Əmək müqaviləsinin bağlanması əsasları, forması, məzmunu və müddəti

25/11/2025, 18:21
xeber1

Hörmətli təhsil işçiləri, Sizə faydalı ola biləcək hüquq sahəsində, əmək münasibətlərinə aid məlumat və biliklər! Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının Səbail Rayon Komitəsi və komandası olaraq Sizi hər zaman məlumatlandırmağa və dəstəkləməyə hazırıq!


Əmək müqaviləsinin bağlanması əsasları, forması, məzmunu və müddəti:


Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (AR ƏM - maddə 42).

Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (AR ƏM - maddə 42).

15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz (AR ƏM - maddə 42).

 Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. (AR ƏM - maddə 45.1).

Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (AR ƏM - maddə 45.2).

Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz (AR ƏM - maddə 45.3).

Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, AR ƏM-nin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (AR ƏM - maddə 45.4).

Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi  hesab edilir (AR ƏM - maddə 45.5).



Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının Səbail Rayon Komitəsi

İnformasiya təminatı 

Sosial şəbəkələrdə paylaş: