Xəbərlər
Əməkdar müəllim Elmira Hacıyeva yubileyi münasibətilə təbrik edilib
29/12/2025, 01:18

ETİHİ Zaqatala rayon Komitəsinin sədri Bəhruz Bayramov Şəki Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil sektorunun müdiri Kəmalə Əhmədova ilə birlikdə uzun illər təhsildə çalışmış Əməkdar müəllim Elmira Hacıyevanın 70 yaşı bitməsi münasibətilə evində olmuşdur.ETİHİ Zaqatala rayon Komitəsinin sədri yubiley münasibəti ilə təbrik etmiş və xoş arzularını çatdırmış,Gül buketi və hədiyyə təqdim etmişdir.Sonra çay süfrəsi ətrafında səmimi söhbət edərək Elmira Hacıyeva ilə təhsil xatirələrini bölüşmüşdülər.Elmira Hacıyeva göstərilən diqqət və qayğıya görə ETİHİ Respublika komitəsinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.





