“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Əməkdar müəllimin yay istirahəti davam edir

12/08/2026, 13:41
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin bir qrup nümayəndə heyəti Ağcabədi rayon Pərioğullar kənd tam orta ümumtəhsil məktəbinin Əməkdar müəllimi Quluyeva Alagöz Əskər qızı ilə birlikdə Nabranda yerləşən “Təhsil” İstirahət Mərkəzini ziyarət ediblər.

Səfər çərçivəsində istirahət edən Alagöz müəllimlə səmimi görüş keçirilib, onun istirahəti və asudə vaxtının səmərəli təşkili üçün yaradılmış şəraitlə yaxından tanış olunub.

Mərkəzdə təhsil işçilərinin istifadəsi üçün yaradılmış idman və istirahət məkanlarına baxış keçirilib, istirahət edən müəllimlərin rahatlığı üçün yaradılan imkanlar yüksək qiymətləndirilib.

Görüş zamanı Alagöz müəllim qeyd etdi ki, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, onların istirahət və asudə vaxtlarının səmərəli təşkili istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürünü bildirdi

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: