Xəbərlər
Əməkdaşımız 60 illik yubiley münasibəti ilə təltif olundu
25/06/2026, 09:54

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İnsan Resursları və Kargüzarlıq şöbəsinin bölmə müdiri Rəna Qaralova uzunillik səmərəli fəaliyyəti, yüksək peşəkarlığı, məsuliyyətli əmək fəaliyyəti və universitetin ictimai həyatında fəal iştirakına görə, həmçinin anadan olmasının 60 illik yubileyi münasibətilə ADPU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif olunmuşdur.
ADPU Həmkarlar İttifaqı Komitəsi hörmətli Rəna xanımı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayır.




