Xəbərlər
Əməkdaşların asudə vaxtının səmərəli təşkili diqqət mərkəzindədir

9 noyabr tarixində Incəsənət və fiziki tərbiyə fakültəsinin 21 nəfər əməkdaşı üçün Qusar rayonuna istirahət turu təşkil olunmuşdur.
Əməkdaşların asudə vaxtlarının səmərəli və xoş keçirilməsi, kollektiv üzvləri arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi daşıyan bu səfərin təşkilati dəstəyi çərçivəsində nəqliyyat vasitəsi Həmkarlar İttifaqı Komitəsi tərəfindən təmin edilmişdir.
Səfər əməkdaşların gündəlik iş fəaliyyətindən ayrılaraq istirahət etmələri, təbiətin gözəlliklərindən zövq almaları və xoş təəssüratlarla zəngin anlar yaşamaları baxımından əlamətdar olmuşdur.
Həmkarlar İttifaqı Komitəsi əməkdaşların sosial rifahının yüksəldilməsini, asudə vaxtlarının səmərəli təşkilini və kollektiv həmrəyliyinin gücləndirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi daim diqqətdə saxlayır.




