Xəbərlər
Əməkdaşların asudə vaxtlarının səmərəli təşkili
28/08/2026, 11:53

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin əməkdaşlarının asudə vaxtlarının səmərəli və maraqlı keçirilməsi məqsədilə Göygöl rayonuna səfər təşkil olunmuşdur.
Yay günlərində əməkdaşlarımızın istirahətinin və asudə vaxtının səmərəli təşkili, onların göstərdikləri fəaliyyətə və xidmətlərə verilən dəyərin ifadəsi baxımından bu cür tədbirlərin xüsusi əhəmiyyəti vardır.
Əməkdaşlarımızın mənalı istirahəti və kollektivdə sağlam, səmimi münasibətlərin möhkəmləndirilməsi istiqamətində bu kimi tədbirlər davam etdiriləcəkdir.



