“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Əməkdaşların istirahətinə göstərilən diqqət davam edir

08/07/2026, 12:29
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin xadimələrindən ibarət növbəti qrup üçün Quba rayonuna istirahət-gəzintisi təşkil olunub.

  Əməkdaşların sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və onların əməyinə verilən dəyərin ifadəsi məqsədilə keçirilən bu səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.Qubanın zəngin təbiəti və füsunkar mənzərələri ilə tanış olan əməkdaşlar xoş və unudulmaz anlar yaşayıb, istirahətlərini səmərəli şəkildə keçiriblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi bundan sonra da üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, istirahətinin təşkili və asudə vaxtlarının daha səmərəli keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: